Tolik "O səs Türkiyə"də iştirak edən həmyerlilərimizi tənqid edib
Prodüser Tarix Əliyev (Tolik) "O səs Türkiyə”yə qatılan həmyerlilərimizi tənqid edib.
BAKU.WS məlumat verir ki, Tolik şəxsi İnstaqram hesabında Aynişan Quliyevanın "O səs Türkiyə"dəki çıxışını paylaşaraq onun ünvanına xoş sözlər yazıb. Bununla yanaşı, Tolik yarışmada türk dilində mahnılar oxuyan həmyerlilərimizi tənqid edib:
"Azərbaycan musiqisi çox zəngindir. Onu gözəl ifa edib, tamaşaçıya çatdırsan, hər kəs anlayar və duyar. Buradan "O səs Türkiyə”yə gedən azərbaycanlılar anlamır ki, siz türk dilində oxumaqla özünüzü onlara şirin satmaq istəyirsiniz. Amma onlara şirinlik yox, səs və sənət lazımdır. Sağ ol Aynişan, balaca ürəyinlə yenə də sübut etdin ki, məktəb başqa şeydir. Aybəniz Haşımovanı da təbrik edirəm. Daim qürur hissi ilə övladınıza baxasınız. Çalışın, azərbaycanlı olduğunuzu hər yerdə yüksək səviyyədə göstərəsiniz. Türkiyə də qardaş ölkədir, orada bəzi şirinlik edib, türk mahnısı ilə münsif qarşısına çıxanlar, sizlərdən orada çoxdur” - deyə prodüser yazıb.
BAKU.WS
Oxşar xəbərlər
Aynişan Quliyeva "O ses Türkiye"də (VİDEO)
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva "O səs Türkiyə” yarışmasına qatılıb. BAKU.WS məlumat verir ki, Aynişan xalq artisti Polad Bülbüloğlunu...