SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında sərəncam imzalayıb.
 
BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir: 

"2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində çoxsaylı insan tələfatı olub. Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir. 

Qəza nəticəsində həlak olanların ailələrinin dərin kədərinə şərik olaraq qərara alıram: 2015-ci il dekabrın 6-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilsin".
 
Artıq Dövlət Bayraq Meydanında Azərbaycan bayrağı aşağı salınıb. Rəsmi olaraq bu gün ölkədə milli matəm qeyd edilir.
 
BAKU.WS