SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Bu şərtlərlə mənim təkrar Putinə zəng etməyimin mənası yoxdur".
 
BAKU.WS-in məlumatına görə, bunu Türkiyə prezidenti Receb Tayyip Ərdoğan Yaponiyaya gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
 
Ərdoğan Moskvada Putinlə uzun bir söhbət etdiyini, ancaq ondan sonra vəziyyətin düzəlmədiyini bildirib: "Rusiyanın hava əməliyyatlarının başlamasından sonra Putinlə telefonla danışdım. Bu görüşdən sonra hava məkanımız pozuldu. Bu şərtlərlə mənim ona yenidən zəng etməyimin əhəmiyyəti yoxdur". 

Ərdoğan jurnalistlərin "Rusiya çox aqressiv hərəkət edir. ABŞ-dan isə hələlik heç bir həmlə gəlməyib. Bunu necə qiymətləndirirsiniz?" sualına da cavab verib: "Suriya ilə əlaqədar Türkiyə-ABŞ danışıqları çoxdandır ki davam edir. Son vəziyyəti xarici işlər nazirimiz müzakirə edib. Yəqin ki, gələn həftə mən də Obamayla telefon danışığı edəcəyəm. Bu şəkildə mövzunu təfərrüatlı şəkildə müzakirə edə bilərik. 

Rusiyanın Türkiyəyə sərmayə qoyduğunu xatırladan jurnalistlərə Ərdoğanın cavabı belə olub: "Türkiyədə 3 milyard dollarlıq bir sərmayə qoyublar. Bu səbəbdən o mövzuda Rusiya daha həssas olmalıdır. Təbii qaz məsələsinə gəlincə, biz Rusiyanın bir nömrəli təbii qaz alıcısıyıq. Türkiyəni itirmək Rusiya üçün ciddi bir itki olar. Bu səbəbdən bütün bu mövzularda Rusiya da yaxşı düşünməlidir". 
 
ŞAHİN Həbibov
BAKU.WS