SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriya ərazisinə raket zərbələri endirməsi məsələsinə münasibət bildirib.

 

BAKU.WS-in məlumatına görə, NATO baş katibi bu hadisədən narahat olduqlarını və Türkiyə daxil olmaqla, regiondakı müttəfiqlərini qorumaq üçün Alyans tərəfindən hazırlıq görüldüyünü bildirib. 


NATO Suriyanın ətrafında cərəyan edən vəziyyətlə əlaqədar olaraq Şimali Atlantika Alyansının əlavə köməyindən istifadə edilməsi məsələsini qiymətləndirir. 
 
Qeyd edək ki, son bir neçə gündürki Rusiya Xəzər dənizindən İŞİD-in bazalarına raket zərbələri endirir. Bununla yanaşı, RF-nin Suriyaya göndərdiyi bombardımançıların Türkiyə hava məkanını pozması Türkiyə ilə Rusiya arasındakı münasibətləri gərginləşdirib. Türkiyə tərəfi lazım gələrsə NATO-nun imkanlarında istifadə edilə biləcəyini açıqlayıb.