Bakıda maşını yolun əks istiqamətində sürdü - RƏSMİ AÇIQLAMA - ANBAAN VİDEO
Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasını əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində qayda pozuntusuna yol verən sürücünün şəxsiyyəti müəyyən edilib və onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
***16:45
Bakının Hövsan qəsəbəsi istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, "77-GT-538" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini əks hərəkət zolağına çıxarıb. Bu isə yolda hərəkət edən digər sürücülər üçün ciddi qəza riski yaradıb.
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
İmişlidə toyda qəfil ölən 25 yaşlı oğlanın FOTOSU
Toyda ölən gəncin fotosu ortaya çıxıb. BAKU.WS Lent.az-a istinadən dünyasını dəyişən Teymur Bayramlının fotosunu təqdim edir: *** 12:31 İmişlidə toyda 25 yaşlı...