Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
Siyasət 244

Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.

BAKU.WS “Unikal”a istinadən xəbər verir ki, həmin vəzifəyə general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.

Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.

9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevinsərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.

Son xəbərlər