SOCAR məsləhətçilərlə çirklənmiş torpaqların təmizlənməsinin diaqnostikasını aparır
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 1 300 hektarlıq çirklənmiş əraziləri var.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu irs də bizə sovet vaxtından miras qalıb: "Bu çirklənmiş torpaqların təmizlənməsi üçün məsləhətçilərlə diaqnostikanı aparırıq. Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək. Bu torpaqların təmizlənməsini üç mərhələdə həyata keçiriləcək"
Ə. İsayev əlavə edib ki, hazırda hökumətlə bu məsələyə baxılır: "Bəzi institutlar da bizə kömək edir. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) bizə texniki yardım layihəsi çərçivəsində dəstək göstərir. Çünki SOCAR tək başına bunu edə bilməyəcək".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...