Ceyhun Bayramov: Ümid edirəm ki, qarşıdakı iki gündə müsbət istiqamətdə fəaliyyət göstərəcəyik - FOTO

10
may
2024
16:08
Azərbaycan Ermənistanla normallaşma prosesinə böyük diqqət yetirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Almatı şəhərində erməni həmkarı Ararat Mirzoyanla görüşdən əvvəl deyib.
“Biz bu prosesə böyük əhəmiyyət veririk və işi davam etdirməyə hazırıq. Almatıdakı danışıqların çox faydalı olacağına inanıram. Ümid edirəm ki, qarşıdakı iki gün ərzində hələ də mövcud olan açıq məsələlərin həllini tapmaq üçün müsbət istiqamətdə fəaliyyət göstərəcəyik”, - o bildirib.

Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
