TÜRKPA-nın komissiya sədri AŞPA-nın Azərbaycana qarşı təzyiqlərini pisləyib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bütün təzyiqlərinə baxmayaraq biz hər zaman qardaş Azərbaycanın yanında olacağıq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının martın 4-də Bakıda keçirilən XI iclasında deyib.
O hesab edir ki, türk dövlətləri arasındakı əlaqələrin güclənməsi dostlarda güvən yaradacaq, düşmənin canına qorxu salacaqdır: "Türk Dövlətləri Təşkiları başda olmaqla bir çox beynəlxalq təşkilatlarla əlaqələri daha da inkişaf etdirməliyik. Həmçinin, qardaş Özbəkistan və Türkmənistanı da TÜRKPA üzv dövlətləri sırasında görmək istəyirik".
O.Mesten Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən qeyd edib ki, iki ölkə tarixləri boyunca sülhə ilk dəfədir ki, bu qədər yaxındır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...