SİZİN REKLAM BURADA!
055 213 76 73


Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov martın 2-də ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

BAKU.WS Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş zamanı, Azərbaycan-ATƏT çərçivəsində həyata keçirilən əməkdaşlıq gündəliyi, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.

Bildirilib ki, Azərbaycanla-ATƏT arasında bir sıra mümkün layihələr, eləcə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar mümkün əməkdaşlıq sahələri nəzərdən keçirilib.

"Azərbaycan və Ermənistan arasında mövcud sülh və normallaşma gündəliyində olan son proseslərdən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan tərəfindən müxtəlif platformalarda səsləndirilən anti-Azərbaycan xarakterli bəyanatların, eləcə də həyata keçirilən son təxribatların Ermənistanın səsləndirdiyi sülh ritorikası ilə ziddiyyət təşkil etdiyi vurğulanıb", - məlumatda bildirilir.

***11:04

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Tərəflər Azərbaycan- ATƏT əməkdaşlığını müzakirə ediblər.

BAKU.WS