SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

BAKU.WS “Oxu.Az”a istinadən xəbər verir ki, onun sözlərinə görə, Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra hazırda davamlı sülhə nail olmaq imkanı var”, - deyə Berbok Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşündə bildirib.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. O deyib ki, irəli getmək qətiyyət tələb edir.

BAKU.WS