SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya sərhədçilərinin Nerkin And kəndi ərazisində olmaq mandatı yoxdur.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Bu vəziyyətlə bağlı deyə bilərəm ki, Rusiya sərhədçilərinin nə mandatı, nə də razılaşması var. Bu isə o deməkdir ki, həmin zonada Rusiya sərhədçiləri təhlükəsizliyə yönəlmiş fəaliyyətlər həyata keçirə bilməzlər.

Deməli, biz bundan müvafiq nəticə çıxarmalıyıq", - Paşinyan vurğulayıb.

BAKU.WS