Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi

Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib.
Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb.
Həmçinin, Qubadlı rayonuna yeni prokuror təyin edilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, vəzifə Emil Kərimova həvalə olunub.
Qeyd edək ki, Emil Kərimov bundan əvvəl Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi vəzifəsində çalışıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...
