SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi çox vacibdir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Britaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda keçirilən Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq haqqında məlumat xarakterli tədbirdə deyib.

O, COP29-un Azərbaycanda keçirilməsindən böyük məmnuniyyət duyduğunu bildirib.

Exeter Universitetində Biznes məşğulluğu və innovasiyalar üzrə prorektor müavini Stuart Brokılhörst gələcək qlobal iqlim risklərindən danışıb, iqlim dəyişikliyinə təsir edən əsas dönüm nöqtələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov deyib ki, Azərbaycan indiyəcən çoxsayılı böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Səfir Azərbaycanın COP29-un tələblərinə çox əminliklə cavab verə biləcəyini deyib.

Tədbirdə daha sonra COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov çıxış edib.

Qeyd edək ki, tədbirə Azərbaycan və Britaniyadan olan iş adamları, iqlim dəyişikliyi ilə bağlı müxtəlif qurumlarda çalışan ekspertlər qatılıblar.

BAKU.WS
QALEREYA