SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". 

BAKU.WS xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. 

"Bu gün Ermənistan saxta məlumatlarla beynəlxalq təşkilatları aldadır. Bunun nəticəsində xarici dövlətlərdən silah-sursat əldə edərək sərhəddə təxribata əl atırlar. Onlar təkcə Zəngilan istiqamətində deyil, elə Tovuz istiqamətində də sərhədçilərə atəş açıblar. Sərhədçilərimiz buna cavab veriblər və həmin məntəqələri darmadağın ediblər",-deyə C.Xəlilov əlavə edib. 

BAKU.WS
VİDEO