Baqdasaryan: “İlham Əliyev və Nikol Paşinyan sülh gündəmindəki məsələləri müzakirə ediblər” - FOTO
27
dek
2023
07:36
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəmindəki məsələləri müzakirə ediblər”.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan “Armenpress”ə bildirib.
O, izah edib ki, iki ölkə liderləri arasında qeyri-rəsmi təmaslar MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.“Ermənistan-Azərbaycan sülh gündəliyi ilə bağlı məsələlərin müzakirəsi ikitərəfli formatda olub”, - Baqdasaryan bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...