BƏƏ səfiri: "Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək"
26
dek
2023
19:43
Azərbaycan COP29-a ev sahibliyi üçün təşkilatçılığı uğurla həyata keçirir.
"Report"un məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfiri Məhəmməd Əl Bluşi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan "Azərbaycan kitabı"nın təqdimat mərasimində deyib.
"Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP-28də qəbul etmək bizim üçün böyük şərəf idi. Eyni zamanda Azərbaycanın da COP29-a uğurla ev sahibliyi edəcəyini bildirmək istəyirəm. BƏƏ olaraq, Azərbaycanla təcrübəmizi bölüşməyə hazırıq".
Oxşar xəbərlər
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib - FOTO/VİDEO - YENİLƏNİB
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iş...