XİN rəsmisi dövlət başçısını doğum günü münasibətilə təbrik edib - YENİLƏNİB + FOTO
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Bu barədə o özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Möhtərəm Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Azərbaycanın daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində yeni böyük uğurlar arzulayırıq!”, - deyə paylaşımda qeyd edilib.
Möhtərəm Prezident cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
— Aykhan Hajizada (@Aykhanh) December 23, 2023
Azərbaycanın daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində yeni böyük uğurlar arzulayırıq! pic.twitter.com/sDAaUwIiKE
***11:01
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
Bu barədə nazirliyin “X” sosial şəbəkə platformasında paylaşım edilib.
“Bu gün Azərbaycan Respublikasının Prezidenti, vətənimizin və xalqımızın maraqlarının daim keşiyində duran Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür! Doğum gününüz mübarək olsun, cənab Prezident”, - deyə paylaşımda qeyd edilib.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, vətənimizin və xalqımızın maraqlarının daim keşiyində duran Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür!
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 23, 2023
Doğum gününüz mübarək olsun, cənab Prezident! 🇦🇿🇦🇿🇦🇿 pic.twitter.com/wXHexxj42b
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...