Naxçıvan Penitensiar Xidmətində prezident seçkiləri ilə bağlı müşavirə keçirilib, tapşırıqlar verilib
Naçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində gələn il fevralın 7-də baş tutacaq prezident seçkiləri ilə bağlı müşavirə keçirilib.
BAKU.WS xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən report-a verilən məlumata görə, müşavirədə xidmətin şöbə və bölmə rəisləri, cəzaçəkmə müəssisələrinin rəhbərləri, aidiyyəti əməkdaşlar, Mühafizə Taburunun komandiri və 3 saylı Babək-Şahbuz-Kəngərli Dairə Seçki Komissiyasının əməkdaşı iştirak edib.
Ədliyyə nazirinin müavini-Penitensiar Xidmətin rəisi Emin Kazımov seçkinin təşkili, seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi üçün Penitensiar Xidmətin üzərinə düşən vəzifələrin düzgün və vaxtında icra edilməsi istiqamətində görüləcək işlər barədə məlumat verib.
Məhkum olunmuş şəxslər üçün xüsusi vəsiqələrin hazırlanması, seçici siyahılarının tərtib olunaraq Dairə Seçki Komissiyasına verilməsi, səsvermə günü məntəqədə səs verəcək şəxslərin, eləcədə seçkidə müşahidəçi qismində iştirak edəcək şəxslərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təhlükəsizliyinin təmin olunması istiqamətində tapşırıqlar verib.
Sonra 3 saylı Babək-Şahbuz-Kəngərli Dairə Seçki Komissiyasının nümayəndəsi Səfər Hüseynov seçkilərin keçirilməsi, qapalı müəssisələrdə yaradılacaq məntəqə seçki komissiyalarının iş fəaliyyəti barədə geniş məlumat verib.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...