SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Kitabxanalar və Nəşrlər Baş İdarəsinin rəhbəri Taner Beyoğlu türkdilli xalqların ortaq mədəni mirasa və mənəvi dəyərlərə sahib olduğunu bildirib və bu baxımdan Türk Dünyası Kitabxanaları Birliyinin yaradılmasının olduqca dəyərli məsələ olduğunu söyləyib.

O, “Report”un Ankara bürosuna açıqlamasında deyib ki, Azərbaycan tərəfi də daxil olmaqla xeyli müddətdir türkdilli dövlətlərdən olan həmkarları ilə Türk Dünyası Kitabxanaları Birliyinin yaradılması məsələsini müzakirə edirlər.

“Müzakirlərimiz hələ bitməyib. Dövlət başçılarının da razılığı olarsa, diplomatik və digər rəsmi çərçivədə bu vacib məsələ öz həllini tapar. Üzərimizə düşən səlahiyyət çərçivəsində biz də öz işimizi məmnuniyyətlə icra etməyə hazırıq”.

T.Beyoğlunun fikrincə, Türk Dünyası Kitabxanaları Birliyinin qurulması fərqli ölkələrdə olan türklərin məlumat əlçatanlığında çox əhəmiyyətli rol oynayacaq: “Bu da təbii ki, bağlarımızın möhkəmlənməsi, əməkdaşlığımızın güclənməsi, bilgilərin asan və doğru mənbədən alınması baxımından vacib və faydalı məsələdir”.

BAKU.WS