Nazir: “COP Azərbaycan üçün iqlim dəyişikliyi ilə mübarizədə öz gündəliyini nümayiş etdirmək üçün fürsətdir”

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP) Tərəflər Konfransı iqlim tematikası ilə bağlı olan ən böyük tədbirlərdən biridir.
Bu baxımdan COP Azərbaycan və bütövlükdə region üçün böyük şansdır, Azərbaycanın bununla bağlı öz gündəliyini nümayiş etdirmək üçün fürsətdir”.
“Report”un Dubaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə “yaşıl” enerji dəhlizlərinin, “yaşıl” zonaların, yeni “yaşıl” texnologiyaların yaradılması, işğaldan azad edilmiş ərazilərdə “yaşıl” layihələrin həyata keçirilməsi kimi təşəbbüslərin təşəbbüskarı olduğunu xatırladıb.
“Bizim dünyaya deyəcəklərimiz, nümayiş etdirəcəklərimiz var. Azərbaycanda başlanmış bütün layihələr, ölkə rəhbərliyinin imzaladığı, yaxın gələcək üçün dövlət tərəfindən 2023-cü ilə qədər qəbul edilmiş strateji sənədlər və milli prioritetlər bu istiqamətdə hərəkət etmək və “yaşıl” təşəbbüslər üçün ciddi platforma yaratmaq məqsədilə geniş imkanlardan istifadə etmək üçün kifayət qədər əsaslı səbəblər verir. Ən əsas istiqamətlərdən biri atmosfer tullantılarının azaldılması, “yaşıl” enerji, alternativ enerjidir. Hazırda ölkəmizdə bu proseslər aktiv şəkildə gedir, Ümid edirəm ki, biz üzərimizə düşən öhdəliyi yerinə yetirə biləcəyik. Qarşıda bizi ciddi işlər gözləyir”, - ekologiya naziri bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
