2100-cü ilə qədər icad olunacaq maraqlı texnoloji yeniliklər - FOTO
İl 2100-dür və insanlar yeraltı şəhərlərdə yaşayır. Qərarlar qəbul etmək üçün süni intellektə güvənirlər. Gələcəkdə bizi bu kimi bir çox fərqli ssenarilər gözləyir.
Texnologiya gələcəyin dünyasını necə dəyişəcək? Mütəxəssislər deyirlər ki, 2100-cü ilə qədər həyatımızda çoxlu yeniliklər olacaq.
BAKU.WS xarici KİV-ə istinadən bu yeniliklərin bəzilərini təqdim edir:
Rəqəmsal insanlar
İnsanabənzər robotlar və “rəqəmsal dostlar” insanlarla yanaşı yaşayacaq və robotlar cərrahiyyə də daxil olmaqla müxtəlif vəzifələri yerinə yetirəcək və insanlara yoldaşlıq edəcək.
Süni intellektlə dəstəklənən rəqəmsal insanlar və robot humanoidlər gündəlik həyatın bir hissəsi olacaq. Onlar zibil çıxarmaq və ya yumaq kimi adi işlərdən tutmuş yüksək səviyyəli təlim və ya mürəkkəb beyin əməliyyatı kimi tapşırıqlara qədər yerinə yetirəcəklər.
Süni intellekt müşayətçiniz
Mütəxəssislər bildirirlər ki, gələcəkdə süni intellekt hər kəsi müşayiət edəcək və onların adından hansı işlə məşğul olacaqları da daxil olmaqla qərarlar qəbul edəcəklər.
2100-ün süni intellekt kvant hesablamasının gücündən istifadə edəcək.
Süni intellekt üzrə "ağılverən"iniz bu işi sizin yerinizə görəcək və son qərarı vermək üçün sizə lazım olan bütün məlumatları çatdıracaq.
Şəhərlər yerin altında salınacaq
2100-cü ilə qədər yerüstü məkan çox vacib olacaq və şəhər infrastrukturunun böyük bir hissəsi robotlar tərəfindən qazılan tunellər vasitəsilə yerin altına köçürüləcək.
Yeni tunel tikinti texnologiyalarına öncülük edən robototexnika şirkəti HyperTunnel bildirib ki, robotlar tunellər qazacaq və tədqiqatçılar əlavə reallıqdan istifadə edərək yeraltı yeni yaşayış sahələri və binaların xəritəsini çəkəcəklər.
Saxta videolar yayılacaq
Saxta video daha çox yayıldıqca və realdan fərqləndirmək qeyri-mümkün olduqca, hökumətlər kamera istehsalçılarını rəqəmsal “filigran” əlavə etməyə məcbur edəcəklər ki, insanlar videoya “etibar edə bilsinlər”.
“Deepfake” texnologiyasının sürətlənməsi ilə insanlar artıq rəqəmsal yazının, istər foto, video, istərsə də səs yazısının həqiqiliyinə etibar edə bilməyəcəklər.
Beləliklə, 2100-cü ilə qədər bütün səsyazma qurğuları çəkiliş zamanı “filigran” kimi çıxış edən daxili, şifrələnmiş vaxt damğasına malik olacaq. Bu şifrələnmiş “filigran”lar orijinal şəkilləri deepfakesdən fərqləndirəcək.
Virtual təhsil
Kabuni təhsil şirkətinin CEO-su və qurucusu Nimesh Patel, süni intellektin uşaqların təhsili ilə məşğul olacağını və onlara virtual dərslər verəcəyini söylədi.
Tələbələr astrofizikanı öyrənmək, canlı tarix dərsləri üçün vaxt seçmək və fərdiləşdirilmiş öyrənmə təcrübələri üçün süni intellekt ilə əlaqə saxlamaq üçün virtual kainatda təhsil alacaqlar.
Oxşar xəbərlər
Həyatımıza təsadüfən girən qidalar - Pivə, qarğıdalı çubuqlarları və çips
Rentgen aparatı, qoruyucu şüşə, kibrit, mikrodalğalı soba və s. bu kimi böyük ixtiralar bir sıra təsadüfi və qəsdən olmayan fəaliyyətlərin nəticəsidir. Bəs ins...