Bakı metrosunda dava: 4 nəfər saxlanıldı
25
okt
2025
12:05
Bakı metrosunda xoşagəlməz hadisə baş verib.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, insident metronun "Koroğlu" stansiyasında qeydə alınıb.
Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər.
Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb.
Hazırda insidentin səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Bakıda sosial evlərdə mənzil almaq adı ilə vətəndaşların 90 min manatı mənimsənilib
Polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqəd...