"Banişevski" adlandırılan hakim-futbolçu Zöhrab Qədiyev: "Bir oyun 50 qəpik idi"
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Əmircan sakini Zöhrab Qədiyev olub.
Hazırda hakim-inspektor kimi fəaliyyət göstərən sabiq FIFA referisi Zöhrab Qədiyev futbola olan sevgisindən söz açıb:
"Uşaqlıqdan bu idman növünə böyük marağım var idi. Həmişə dərslərimi oxuyandan sonra həyətdə dostlarımla futbol oynayardım. Məni "Anatoli Banişevski" adlandırardılar. 1990-cı il aprelin 20-də "Neftçi"nin əsas heyətində çıxış etdiyim oyun ən yaddaqalan matçımdır. Futbol gözümü açdı. Bu yolu seçdiyimə görə özümlə fəxr edirəm".
O həmçinin futbol hakimi kimi fəaliyyətindən danışıb: "Hakimlik ikinci hobbimdir. 35 yaşımda futbolçu karyeramı bitirdim və 36 yaşımda hakimliyə başladım. Bu sahə daha çətindir. Hazırda hakim-inspektor kimi çalışıram. Tovuza oyunlara gedəndə məni ayaqüstü alqışlayırlar. Bu hörməti orada qazanmışam".
Zöhrab Qədiyev eyni zamanda günümüzün və keçmişin futbolunu müqayisə edib: "O vaxtlar futbol təhlükəli olsa da, çox güclü idi. Texniki cəhətdən imkanlar indiki kimi deyildi və tamaşaçılar rahatlıqla oyun meydançasına girə bilirdilər. Günümüzün futbolçuları çox qaçırlar, effekti də olmur".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Azərbaycanda bəzi avtomobillərin qiyməti BAHALAŞDI
Bəzi avtomobillər üçün vergi güzəştlərinin ləğvi xəbərinin yayılması bazarda qiymətlərin artmasına səbəb olub. Qiymət artımı ən çox hibrid avtomobillərdə özünü...