Tailand və Kamboca arasında sülh sazişi imzalandı
Tailand və Kamboca arasında uzun illər davam edən gərgin münasibətlərə son qoyulub.
BAKU.WS xəbər verir ki, Hər iki ölkənin baş nazirləri – Anuthin Çanvirakun və Hun Manet ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində sülh sazişi imzalayıblar.
Məlumata görə, sənəd iki ölkə arasında sərhəd bölgəsindəki gərginliyin aradan qaldırılmasını və diplomatik əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, bir müddət əvvəl Tailand Xarici İşlər Nazirliyinin rəsmisi Nikondet Phalanqkun tərəflərin yalnız münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayacağını bildirmişdi. Lakin danışıqların nəticəsi olaraq, proses daha irəli gedib və tamhüquqlu sülh sazişi ilə yekunlaşıb.
Oxşar xəbərlər
PKK bütün qüvvələrini Türkiyədən çıxardığını elan etdi
PKK terror təşkilatı Türkiyədəki fəaliyyətlərini tamamilə dayandırdığını açıqlayıb. Bu barədə "Haber Global" məlumat yayıb. İyulun 11-də Şimali İraqda silahları...