Qərbi Azərbaycan Xronikası: "Silah tarixində Azərbaycan imzası"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Buraxılışda kolleksiyaçı Yusif Bağırzadə silahın mistik gözəlliyinin gizli səhifələri, silah tarixində Azərbaycan imzası, Bazalay tüfənginin sirri və saray silahlarının izlərindən söz açıb.
O, Bazalay əfsanəsindən danışıb, dünyada 3 silahdan birinin Azərbaycanda olduğunu, Lahıc, Gəncə, İrəvan ustaları tərəfindən Quran ayəli Bazalay tüfəngi hazırladıqlarını deyib.
Y.Bağırzadə 1694-cü ilin Osmanlı xəncərlərinin görünüşü, Şəki xanlığının Çələbi nişanlı, eləcə də süvari üçün yaradılmış ağır tüfəngi, Qacar şahzadəsinin zirehi, dəbilqə, qalxan və bazubəndi, Qafqaz Albaniyası boyunbağısı, muzeylərdə saxlanılan kolleksiyalar və nadir nümunələrin salnaməsindən bəhs edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev avstriyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni təbrik edib. BAKU.WS xəbər verir ki, t...