VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır”.

Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib:

“Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır.

Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir.
Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəklin Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, - deyə qurumdan bildirilib.

BAKU.WS
QALEREYA