MTN-ə 70 faizədək endirimlə “hesab” verənlərin siyahısı – Şok cədvəl

MTN-ə 70 faizədək endirimlə “hesab” verənlərin siyahısı – Şok cədvəl
Hadisə 3243
Ləğv edilmiş MTN-in həbsdə olan generalları və onların əməkdaşlarının cinayət işinin materialları açıqlandıqca məlum olur ki, bu şəxslər bizneslə məşğul olub olmamasına, qanuni və ya qanunsuz işləməyinə fərq qoymadan hər kəsdən nəsə "qoparmağa” çalışıblar. İttiham aktlarında diqqət çəkən məqamlardan biri isə ilk tələb olunan rüşvətin məbləği və sonradan həmin qiymətə edilən endirimlərdir. BAKU.WS xəbər verir ki, qafqazinfo.az bu mövzuda qısa araşdırma apararaq "MTN endirimləri”nin siyahısını hazırlayıb. Zərərçəkən şəxslərin ifadələrindən görünür ki, əksər şəxslərdən ilk olaraq 100 min – 1 milyon arası məbləğ tələb edilib, sonra isə güzəştlər başlayıb. Bir neçə şəxs isə ilk tələb olunan pulu tam ödəyib. Bunlardan biri də "Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədovdur. T.Əhmədov ondan tələb olunan 3 milyon manatı necə deyərlər, qəpiyinə kimi ödəyib. Bu məsələdə bir nəfərin şansı gətirib, 2 nəfərin isə köməyinə başqa bir məmur çatıb. Şansı gətirən şəxs sahibkar deyil, sıravi vətəndaş Səbuhi Məcidovdur. Bu şəxs maddi çətinlikləri olduğu üçün bağ evini satıb və 64 min manat beh alıb. Pulu aldığı obyektdən çıxan kimi MTN-çilər onu saxlayıb və nazirliyə aparıb, üstündəki pul də mənimsənilib. Ondan buraxılması üçün 300 min manat tələb olunub. Lakin qəti olaraq bu pulu verə bilməyəcəyini dedikdə o, 1 həftə nazirlikdə saxlanılıb. Sonda isə "sənin telefon danışıqlarına qulaq asmışıq, düz deyirsən, həqiqətən də pulun yoxdur”,- deyərək sərbəst buraxıblar.Digər dövlət qurumlarında yüksək vəzifədə işləyən qohumları olduqları üçün canlarını qurtaran şəxslər isə sahibkarlar Ərəstun Nəsibov və Sabir Fərzəliyevdir. Ə.Nəsibovun buraxılmasını onun biznes ortağı Arif Vəliyevin dostu Vergilər Nazirliyinin İbtidai İstintaq Departamentinin sabiq rəisi, general Vidadi Məmmədov qudası, MTN generalı Sübahir Qurbanovdan xahiş edib. Ə.Nəsibov buraxılsa da, MTN-çilərin xahişi ilə onlar üçün "ətir səbəti” hədiyyə edib.S.Fərzəliyev nazirliyə aparıldıqdan sonra ona "Sən Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə əlbir olub külli miqdarda dövlət əmlakını mənimsəmisən, malları qaçaq yolla ölkəmizə gətirirsən”,- deyilib və buraxılması üçün 200 min manat tələb olunub. Təsadüfən, DGK-nın qaçalmalçılığa qarşı mübarizə idarəsinin şöbə rəisi Malik adlı şəxs onun tanışı olub. Bu barədə ona məlumat verib, DGK vəzifəlisinin xahişi ilə o, sərbəst buraxılıb. Bir müddət sonra isə MTN zabiti Natiq Alıyevin xahişi ilə onun evinin taxtalarını almaq üçün 7 min manat ödəyib.MTN-də saxlanılan 31 nəfərdən tələb olunan və endirim edilərək alınan pulların məbləğlərinin siyahısını təqdim edirik:

Sıra

Saxlanılan şəxs

Tələb olunan məbləğ

Endirimlə ödənilmiş məbləğ

1"Riyad Prodakşn” MMC-nin sahibi Şahmar Qurbanov1 milyon500 min
2"MTK Real”ın sahibi İlham Qasımov500 min250 min
3"Azərtikinti-ATF” MMC sədri Azər Quliyev1,2 milyon190 min
4"Moda” dükanının sahibi Əbil Vəzirov200 min80 min
5"Badi-Kubə”, "Yeni Yasamal” MTK-ların sahibi Nəsib Əliyev100 min80 min
6"Karvansaray-2010” MMC-nin təsisçiləri Nadir Quliyev və Nizami Quliyev1 milyon100 min
7Zərgər Elçin Hacıyev150 min80 min
8"Met-ak” MMC sahibi Alik Kərimov50 min10 min
9"Nart” Ticarət Mərkəzində sahibkar Aydın Musayev500 min300 min
10Zərgər Mübariz Paşayev1 milyon225 min
11Zərgər Elman Kərimov150 min100 min
12Zərgər Rauf Həsənov600 min300 min
13Zərgər Rəşad Mehrəliyev100 min65 min
14Sahibkar Ehtibar Rzayev100 min50 min
15Zərgər Azad Əzimov200 min50 min
16Zərgər İlqar Əliyev500 min150 min
17"Qardaşlar mebel” MMC-nin rəhbəri Əli Mirzəyev2 milyon500 min
18Daşkəsən rayon icra başçısı Əhəd Abıyev1 milyon686 min
19Sahibkar Nizami Quliyev200 min50 min
20Vətəndaş Əşrəf Kabulov50 min30 min
21Vətəndaş Səbuhi Məcidov300 min0
22Sahibkar Ələddin İbadov150 min50 min
23"VİB” MMC rəhbəri Zabil Salmanov3 milyon437 min
24Sahibkar Ərəstun Nəsibov1 milyon4 min
25"Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev500 min250 min
26Sahibkar Saleh Səmədov1 milyon300 min
27Sahibkar Sabir Fərzəliyev200 min7 min
28"Arazplast” MMC-nin müdiri Elman Muradov1 milyon80 min
29Valyuta dəyişmə məntəqəsi sahibi Elşən Həsənov500 min200 min
30"Elnur-2” MMC sahibi Xudayar Rəhimov1 milyon200 min
31Zərgər Cahangir Aslan200 min50 min

Son xəbərlər