"Energetika haqqında" Qanun təsdiqlənib, Azərbaycanın enerji balansı hazırlanacaq
Prezident İlham Əliyev "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, bu Qanun energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.
Dövlət başçısı, həmçinin “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Həmçinin, həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.
Nazirlər Kabineti bu Qanundan irəli gələn digər məsələləri dı həll edəcək.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...