İlham Əliyev Oman Sultanını təbrik edib
18
noy
2023
12:36
Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm".
Oxşar xəbərlər
Prezident və birinci xanım Zabuxda görülmüş işlərlə tanış olublar və sakinlərlə görüşüblər - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olubla...