Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Siyasət 69

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Həmin məktubları təqdim edir:

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovdan:

- Hörmətli cənab Prezident.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Yunanıstanda yaşayan azərbaycanlı icma adından Sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, müvəffəqiyyətlər arzulayıram.

Cənab Prezident, Siz həm döyüş meydanında, həm də siyasi arenada zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 gün ərzində azad edən, ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan, böyük sərkərdəsiniz.

Fürsətdən istifadə edərək, Sizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə də təbrik edirəm. 2022-ci ilin xalqımız, dövlətimiz üçün xeyirli və uğurlu olmasını diləyirəm.

***

İordaniyadakı Azərbaycan diasporunun rəhbəri Zümrüd Dadaşovadan:

- Hörmətli cənab Prezident.

Sizi İordaniyadakı Azərbaycan diasporu adından 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar diləyirik.

Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bizdə böyük sevinc və gələcəyə tam inam hissi yaradıb.

Uzaqgörən, düşünülmüş siyasətiniz, ordumuzun peşəkarlığı və yüksək döyüş hazırlığı, xalqın Sizə olan böyük sevgisi və etimadı nəticəsində qazanılmış möhtəşəm Qələbə hamımızı qürurlandırdı, başımızı uca etdi. Biz qalib xalq olaraq hər zaman qalib Prezidentimizin yanındayıq.

***

İspaniyada fəaliyyət göstərən Barselona Azərbaycan Evinin direktoru Kərim Kərimovdan:

- Möhtərəm cənab Prezident.

İspaniyada yaşayan azərbaycanlılar adından Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə qazanılan böyük Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazıldı. Siz bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən qətiyyətli lider, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı qaldıran Müzəffər Ali Baş Komandansınız.

Sizin ümummilli lider Heydər Əliyevin siyasi xəttini yüksək səviyyədə davam və inkişaf etdirməyiniz müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amildir.

Biz, İspaniyada yaşayan azərbaycanlılar dövlətimizin qayğısını hər zaman öz üzərimizdə hiss edirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ürəyimiz hər zaman ölkəmizlə döyünür. Azərbaycan həqiqətlərini beynəlxalq siyasi arenada qətiyyətlə səsləndirən, öz xalqını ailəsi qədər sevən Sizin kimi dövlət başçımızın olması ilə hər zaman fəxr edirik.

Cənab Prezident, biz Sizi dəstəkləyirik, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

***

Rusiyanın Rostov vilayətindəki Azərbaycan diasporunun nümayəndəsi Fuad İbrahimovdan:

- Hörmətli cənab Prezident,

Rusiyanın Rostov vilayətindəki Azərbaycan diasporunun üzvləri adından Sizi yubileyiniz münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin başlatdığı işlərin layiqli davamçısı kimi Sizin xidmətlərinizdir.

Biz, Rostov vilayətində yaşayan azərbaycanlılar şahidik ki, Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, həm də xaricdə yaşayan soydaşlarımızın qayğısına qalırsınız. 1980-ci ildə ulu öndər Heydər Əliyevin sayəsində ərsəyə gəlmiş, 2011-ci ildə Sizin dəstəyinizlə təmir olunmuş və azərbaycanlılar üçün də müqəddəs məkana, millətlərarası dostluğun simvoluna çevrilmiş “Sambek yüksəklikləri” hərbi-tarixi muzey kompleksi bu qayğının bariz nümunəsidir.

Azərbaycanın, onun vətəndaşlarının və xaricdəki soydaşlarımızın rifahı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, tükənməz enerji arzulayırıq.

***

Qafqaz Müsəlmanları İdarəsinin Türkiyə üzrə səlahiyyətli nümayəndəsi Bünyamin Çildən:

- Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Qafqaz Müsəlmanları İdarəsinin Türkiyə nümayəndəliyi olaraq Sizi 60 illik yubileyiniz münasibətilə təbrik etməkdən sevinc və qürur duyuruq.

Siz təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının iftixar mənbəyisiniz. Çünki Siz illərlə qələbə xəbəri gözləyən türk və İslam dünyasına Zəfər qürurunu yaşatdınız. Sağ olun, var olun!

Hörmətli Ali Baş Komandan, Siz qədirbilən Azərbaycan xalqının Zati-alinizə olan inamı, sevgisi, dəstəyi ilə dövlət-xalq birliyini təmin etdiniz, möhkəmləndirdiniz, ordunu müasirləşdirdiniz. Bunun sayəsində tarixə qızıl hərflərlə yazılan böyük uğur, parlaq Zəfər qazandınız. Siz Azərbaycanı beynəlxalq aləmdə layiq olduğu səviyyəyə çatdırdınız. Artıq Azərbaycan daha qüdrətli, daha çox söz sahibi olan dövlətdir.

Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz qalib ölkənin qardaş Türkiyədə təmsilçisi olmağımın qürurunu xüsusilə yaşayıram. Allah Sizi qorusun! Möhtəşəm zəfərləriniz davamlı olsun!

Sizi bir daha ürəkdən təbrik edir, cansağlığı arzulayır, ən yüksək ehtiramımı çatdırıram.

***

Rusiya Federasiyasının sabiq dövlət xadimi Gennadi Burbulisdən:

- Əziz İlham Heydər oğlu,

Sizi - azad və firavanlaşan Azərbaycanın Prezidentini şanlı 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz atanız, dahi Heydər Əliyevin vəsiyyətlərinə yaradıcılıqla yanaşır, müasir Azərbaycanın parlaq gələcəyinin formalaşmasına öz bənzərsiz töhfələrinizi verirsiniz. Sizin 60 illik yubileyiniz XXI əsrin sınaqları və çağırışları şəraitində hərtərəfli istedadlı şəxsiyyət, zəkalı və məqsədyönlü islahatçı olan bir siyasətçi üçün gözəl yaşdır.

Əziz İlham Heydər oğlu, Sizə, Sizin gözəl ailənizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Yaşasın firavanlaşan azad Azərbaycan, yaşasın xeyirxahlıq!

***

Gürcüstanda fəaliyyət göstərən “Borçalı-İrəli” İctimai Birliyinin İdarə Heyətinin sədri Məhəbbət İmanovdan:

- Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularmı bildirirəm. Sizə möhkəm cansağlığı, ailə səadəti və müstəqil Azərbaycanımızın tərəqqisi, firavanlığı, Qarabağda quruculuq işləri naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Cənab Prezident, bu gün Gürcüstan ilə Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri biz Gürcüstan azərbaycanlılarını, eləcə də gürcü ictimaiyyətini hədsiz dərəcədə sevindirir. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanın inkişafı, qüdrətlənməsi, eyni zamanda, dünyada və regionda etibarlı tərəfdaş kimi qəbul olunması Sizin adınızla bağlıdır. Gürcüstanda yaşayan minlərlə azərbaycanlı gənc Sizin göstərişiniz və dəstəyinizlə bu ölkənin ali təhsil müəssisələrində təhsil alır və müasir gürcü cəmiyyətinə inteqrasiya edir.

Hörmətli cənab Prezident, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi qazandığınız şanlı və tarixi Qələbə Cənubi Qafqazda əməkdaşlıq, sülh və davamlı inkişaf üçün yeni münasibətlərin təməlini qoymuşdur. Sizin uzaqgörən siyasətiniz nəticəsində ordumuzun gücü və qüdrəti, xalqımızın birliyi Qarabağı bizə qovuşdurdu.

Möhtərəm Prezident, Sizi bir daha yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və ailənizə xoşbəxt, firavan həyat, Odlar Yurdu Azərbaycanınızın inkişafı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Biz birlikdə güclüyük!

***

Ukraynanın Xalq deputatı, “Müxalifət platforması – Həyat uğrunda” partiyasının sədri Viktor Medvedçukdan:

- Möhtərəm İlham Heydər oğlu,

İcazə verin, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbərliyi adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.

Bizim partiyamız Azərbaycanın ən iri və əsas siyasi partiyasının – Sizin rəhbərlik etdiyiniz Yeni Azərbaycan Partiyasının müdrik və uzaqgörən rəhbərliyi ilə ölkənizin sosial-iqtisadi, hərbi-texniki və digər sahələrdə, həmçinin beynəlxalq miqyasda qazandığı uğurları dərin maraqla izləyir. Biz Azərbaycan hökumətinin regional və beynəlxalq gündəlikdə ən aktual məsələlərə ölçülüb-biçilmiş və konstruktiv yanaşmasını da yüksək qiymətləndiririk. Əminik ki, belə yanaşma həqiqətən müstəqil, uğurlu dövlətin firavanlaşmasına kömək edir.

Möhtərəm İlham Heydər oğlu, səmimi-qəlbdən ümid edirik ki, partiyamızın Azərbaycanın aparıcı siyasi qüvvəsi ilə əməkdaşlığı səmərəli və uzunmüddətli olacaq. Həm ikitərəfli formatda, həm də çoxtərəfli beynəlxalq strukturlar, o cümlədən Sizin haqlı olaraq fəxri üzvü olduğunuz Avropa Şurası Parlament Assambleyası çərçivəsində əməkdaşlığın inkişafının çox böyük perspektivləri olduğunu görürük. Bununla əlaqədar bizim partiyanın nümayəndələri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə təşkilatda müzakirə edilən əsas məsələlərə dair səmərəli dialoqa ümid bəsləyirlər.

Fürsətdən istifadə edərək, Sizin ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı kimi müstəqil Azərbaycan Respublikasında aparılan quruculuq işlərində, xüsusən xalqın rifahının yüksəldilməsində və ölkədə ictimai-siyasi sabitliyin möhkəmlənməsində müstəsna rolunuzu bir daha qeyd etmək istəyirəm.

Doğum gününüz münasibətilə bir daha Sizə ən xoş arzularımı və dərin ehtiramımı qəbul edin.

***

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvlərindən:

- Hörmətli cənab Prezident.

Yubileyiniz münasibətilə Fransa azərbaycanlılarının səmimi təbriklərini Sizə çatdırmaqdan qürur duyuruq. Sizə möhkəm cansağlığı, əzizlərinizin və doğmalarınızın əhatəsində uzun və xoşbəxt həyat arzulayırıq.

Həm geosiyasi mövqeyi, həm də zəngin milli tərkibi baxımından Azərbaycan kimi bir ölkənin lideri olmağın nə qədər çətin və şərəfli olduğunu yaxşı başa düşürük. Odur ki, Sizə doğma Vətənimiz naminə gördüyünüz işlərdə daha çox güc-qüvvət və yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, Sizin, Ali Baş Komandanı olduğunuz ordumuzun, bütövlükdə xalqımızın şah əsəri sayılan Zəfərimiz nəticəsində ərazi bütövlüyü bərpa edilmiş Azərbaycan üçün yaşayıb, qurub, yaradacaqsınız. Fransada yaşayan və qəlbi Azərbaycanla döyünən həmvətənləriniz hər zaman Sizin arxanızdadırlar.

Doğum gününüz mübarək, cənab Prezident!

Yaşasın Azərbaycan və onun böyük lideri!

***

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən:

- Zati-aliləri, hörmətli Prezident İlham Əliyev.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkənizin və xalqınızın mənafeyinə yönəlmiş fəaliyyətinizdə uğurlar arzulayıram.

Son illər Sizin üçün çox əlamətdar oldu. İşğal edilmiş əraziləriniz uzun illərdən sonra yenidən ölkənizin tərkib hissəsi oldu.

Cənab Prezident, Sizə və ailənizə Yeni ildə ən xoş arzularımı çatdırıram. Qoy 2022-ci il Sizə və xalqınıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin!

Pandemiyadan sonra gözəl ölkənizə səfər edəcəyimə ümidvaram.

***

Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskidən:

- Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Siz gözəl bir ölkənin müdrik lideri kimi respublikada dəyişikliklər prosesinə sanballı töhfələr vermisiniz və bu gün çox mühüm dövlət proqramlarını həyata keçirməkdə davam edirsiniz.

Əminəm ki, Siz əldə edilən nəticələrdən qürur duyursunuz, lakin daha çox nailiyyət əldə etmək inamı tükənməzdir. Ümidvaram ki, Sizin rəhbərliyinizlə dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət əsasında daha faydalı xarakter daşıyacaqdır.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük uğurlar, xalqınıza firavanlıq və tərəqqi arzulayıram.

Son xəbərlər