SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Almaniyanın Deutsche Welle nəşri rəsmi Moskvanın Azərbaycanın işğal edilmiş 5 rayonunun qaytaracağı ilə bağlı maraqlı məqalə dərc edib. 
 
BAKU.WS-in məlumatına görə, nəşr Rusiyanın Azərbaycanla yaxınlaşdığını və bu amilin Suriya məsələsinə görə Moskva üçün göydəndüşmə olduğunu vurğulayır.
 
"Putin mürəkkəb bir sxem hazırlayıb. Suriyaya qoşun çıxarmaq üçün Azərbaycanla qurulmuş isti əlaqələrdən istifadə edilə bilər. Putin Avropa ilə rəsmi Bakının arasının dəyməsindən məharətlə yararlanmaq istəyir. Qarabağda Azərbaycan ordusu ilə erməni hərbi birləşmələri arasında vaxtaşırı toqquşmalar olur. Azərbaycan əhalisi torpaqları qaytarmaq üçün müharibə ab-havasına köklənib. Ancaq indiki vəziyyətdə Moskvaya Qarabağda hərbi əməliyyatların başlaması sərf etmir. Ona görə Moskvada problemin diplomatik yolla həlli üçün səylər artırılır. Bu yaxında Serj Sarkisyanın Moskvaya səfəri də buna sübut idi. Moskva tədricən 5 Azərbaycan rayonunun qaytarılmasını təşkil edir”, - deyə məqalədə qeyd edilir. 

Almaniya mətbu orqanı yazıda bu vəziyyətdən ən çox Moskvanın qazanacağını iddia edir: "Putin Azərbaycanın dəstəyini qazanır. Bu ssenaridə ən çox rəsmi Bakı ilə daha da yaxınlaşan Moskva qazanmış olur.”

Azad Əliyev
BAKU.WS