20 il həbs cəzası alan general məhkəmə zalında zəhər içdi (VİDEO)

20 il həbs cəzası alan general məhkəmə zalında zəhər içdi (VİDEO)
Video
Siyasət 2956
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalın mühakimə etdiyi bosniyalı xorvatların generalı Slobodan Pralyak məhkəmə zalında intihar ölüb. BAKU.WS-in məlumatına görə, general xəstəxanada keçinib. Tribunalın Apelyasiya Palatası Pralyak barədə 4 il əvvəl çıxarılmış hökmü təsdiqləyib – 2013-cü ildə general 20 il həbs cəzasına məhkum olunmuşdu. General iclasda ayağa qalxaraq hərbi cani olmadığını, hökmü rədd etdiyini deyib və naməlum maye ilə dolu şüşəni başına çəkib. Müttəhimin vəkili şüşədəkinin zəhər olduğunu bildirib. Məhkəmə, həmçinin Bosniya xorvatlarının “Herseq Bosna” adlandırılan qondarma qurumunun sabiq baş naziri Yadranko Prliç (25 il həbs) və sabiq müdafiə naziri Bruno Stoyiç (20 il həbs) barəsində hökmləri də qüvvədə saxlayıb. Onların hər üçü Bosniyada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar bilinir. İmanBAKU.WS

Oxşar xəbərlər

Polis general-mayorun oğlu həbs olundu

Polis general-mayorun oğlu həbs olundu

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 2...

4384 Sosial 13:26 04 noyabr 2017

Son xəbərlər