Ermənistanda vəkil həbs edildi

Ermənistanda vəkil həbs edildi
Siyasət 1420
Ermənistanda Qayane Qaloyan adlı vəkil həbs edilib. Ermənistan KİV xəbər verir ki, bunu ölkənin Vəkillər Palatasının mətbuat katibi Tsovinar Xaçatryan bildirib.İnformasiyaya əsasən, Qaloyan Xüsusi İstintaq Xidmətinin araşdırdığı rüşvətxorluğa dair cinayət işi çərçivəsində həbs olunub.Xüsusi İstintaq Xidməti isə məsələyə münasibət bildirməkdən imtina edib.Qeyd edək ki, Ermənistanda vəkillər sentyabrın 13-də etiraz tətili keçiriblər. Onlar məhkəmə zalında kimliklərinin yoxlanılmasına etiraz ediblər. Vəkillər bildirib edib ki, məhkəmə zalında onların əşyalarına keçirilən baxış daha çox axtarışa oxşayır və məhkəmə icraçılarının timsalında məhkəmə sistemi vəkillərə qarşı qanunsuz tələblər irəli sürür.BAKU.WS

Son xəbərlər