Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi həbs olundu
Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı Hasan Nevzat Taşdeler 15 iyul baş tutmamış hərbi çevriliş cəhdinə görə həbs edilənlərdən biridir.
BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.
General Taşdeler bir müddət 3-cü zirehli briqadanın komandiri olub. 2015-ci ildə korpus generalı rütbəsini alıb. Bakıdakı hərbi attaşesi vəzifəsini 2015-ci ilin avqustunda başa vurub. Bundan sonra Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin edilib.
Hasan Taşdələr "Ergenekon” əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır. Nüsret Taşdeler Egey ordusu komandanı və Quru Qüvvələrinin Tədris və Doktrin komandanlığının rəhbəri olub. Ömürlük həbs cəzası alıb, 2014-cü ilin mayında "Ergenekon” işinin qurama olmasının etiraf edilməsindən sonra həbsdən buraxılıb.
BAKU.WS
Oxşar xəbərlər
Hərbi çevrilişə cəhddə şübhəli bilinən qadın pilot həbs olundu
Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Baş Prokurorluğu tərəfindən növbəti həbslər həyata keçirilib. BAKU.WS xəbər v...