SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Rusiya prezdenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.


BAKU.WS məlumat verir ki, görüşdə Ermənistan və Rusiyanın siyasi-iqtisadi əlaqələri ilə yanaşı Azərbaycanla da bağlı danışıqlar olub.

 

Sarkisyan, görüşdə çıxış edərkən Rusiya ilə 200 milyon dollarlıq kredit müqaviləsi imzaladıqlarını, bununla silahlı qüvvələrin inventarizasiyasını yeniləyəcəklərini deyib.

 

Sarkisyan, son iki həftədir Qarabağ sərhədində vəziyyətin gərgin olduğunu qeyd edərək, "Azərbaycan tərəfi iriçaplı silahların yanında, toplardan da istifadə edir. Təbii ki cavab vermək vəziyyətində qalırıq, bu mövzunu Düşənbədə keçiriləcək KGAÖ (Kollektif Təhlükəsizlik Razılaşması Təşkilatı) konfransında ətraflı şəkildə izah edəcəyəm " deyib.


Rusiya dövlət başçısı Putin, Sarkisyan ilə fərqli şəkillərdə tez-tez görüşdüklərini deyib. İki ölkə arasında hər zaman danışılacaq mövzuların olduğunu söyləyib. Putin, Rusiyanın Ermənistanın ən böyük iqtisadi-ticari ortağı olduğunu qeyd edib.


Sarkisyanın Moskva səfəri çərçivəsində enerji sahəsində iki müqavilə imzalanıb. Sənədlər, "ArmRosGazprom" şirkətinin hissə satışı müqaviləsində dəyişiklik və qaz qiymətində endirimlə bağlıdır.


Ayşən Ayxan

BAKU.WS