Müşfiq Ələsgərli: Azərbaycan informasiya məkanının dezinformasiyalardan qorunmasında QHT-lərin rolu böyükdür

Müşfiq Ələsgərli: Azərbaycan informasiya məkanının dezinformasiyalardan qorunmasında QHT-lərin rolu böyükdür
Sosial 35

Azərbaycan informasiya məkanının dezinformasiyalardan qorunmasında qeyri-hökumət təşkilatlarının rolu böyükdür.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü Müşfiq Ələsgərli Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı və "NGO Tech Talks" ekspertlərin iştirakı ilə keçirilən təcrübə mübadiləsi sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dezinformasiyanın kəmiyyəti kifayət qədər çoxdur:

"Hətta təsadüfi deyil ki, Davos İqtisadi Forumu dezinformasiyanı dünya üçün risklər arasında ikinci sırada yerləşdirib. Texniki təhlükəsizlik məsələsini nəzərdən qaçırmamaq daha doğru olardı. Qarabağ müharibəsinin aktiv vaxtında media subyektlərimizin, bəzi QHT-lərin, beyin mərkəzlərinin saytlarına da hücumlar oldu, onların saytlarının dağıdılması, informasiyadan kənar qoyulması və s. kimi hallar baş verdi. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarımız, xüsusilə qeyri-hökumət təşkilatları, eyni zamanda media qurumları hər iki istiqamətdə həm özlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı addımlar atırlar, həm də bu sahədə maarifləndirmə işinin aparılması üçün töhfələrini verirlər".

M.Ələsgərli bildirib ki, ümumilikdə informasiya məkanının dezinformasiyalardan qorunmasında və onlayn mühitin, onlayn məkanın da təhlükəsiz saxlanmasında qeyri-hökumət təşkilatlarının rolu böyükdür:

"Onlar həm istehsal etdikləri məzmunla bu sahədə düzgün fikrin, məlumatın yayılmasına töhfə verirlər, həm də xaricdən istehsal olunub Azərbaycan informasiya məkanına yönəlmiş dezinformasiyaların ifşa olunmasında böyük rol oynayırlar. Azərbaycan qeyri-hökumət təşkilatları, o cümlədən Milli Qeyri-Hökumət Təşkilatları Forumu ildə bir neçə dəfə xaricdən istehsal olunan və Azərbaycan informasiya məkanına yönələn dezinformasiyaların ifşa olunmasına bağlı bəyanatlar verir, eyni zamanda o dezinformasiyanı yayan media qurumlarına müraciət ünvanlayaraq bu cür halların qarşısının alınmasını tələb edir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər