12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də öz ənənəsinə sadiq qalaraq qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir".

BAKU.WS-in məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, erməni nazir hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqe ilə ziddiyyət təşkil edir.

Mətbuat katibi bildirib ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq Sankt-Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.

E. Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşündən sonrakı açıqlamasında Azərbaycanın konstruktiv olmayan müxtəlif bəyanatlarla çıxış etdiyini deyib. 

İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın Sankt-Peterburq görüşü iyunun 20-də baş tutub. 
 
BAKU.WS