Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı

Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı
Açıqlama
Sosial 52

2026-cı ildə vətəndaşların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciətlərində bir sıra qida təhlükəsizliyi məsələləri ön planda olub.

BAKU.WS-in AQTA-ya ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, agentliyin "1003 Çağrı Mərkəzi"nə ən çox keyfiyyətsiz və istehlak üçün yararsız qida məhsullarının satışı ilə bağlı şikayətlər daxil olub.

"Şikayətlər arasında qida sahəsində fəaliyyət göstərən obyektlərdə antisanitar vəziyyət, son istifadə tarixi bitmiş məhsulların satışı, baytarlıq nəzarəti obyektlərinin fəaliyyəti və qida məhsullarının etiket məlumatlarının tələblərə və faktiki göstəricilərə uyğun olmaması da yer alıb.

Bundan əlavə, qida məhsullarından zəhərlənmə halları ilə bağlı müraciətlər də qeydə alınıb. Qeyd olunan bütün hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Vətəndaşlar qida təhlükəsizliyi ilə bağlı hər hansı uyğunsuzluqla qarşılaşdıqda "1003 Çağrı Mərkəzi"nə məlumat verə bilər",-deyə AQTA-dan bildirilib.

Şahanə Xankişiyeva

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər