Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır”

26
okt
2020
09:06
“Ermənistanın Baş Naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir”.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir....
