Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək
11
sen
2026
12:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Qarabağ bölgəsinə səfər edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.
Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...