ANAMA: 11 ədəd “Elbrus” tipli raketin qalıqları aşkar edilib

Bu günə qədər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) 600-ə yaxın müraciət daxil olub və 200-ə yaxın partlamamış mərmi, silah-sursat aşkar edilib.
Bunu bu gün keçirilən mətbuat konfransında ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.
O qeyd edib ki, ANAMA əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketlərin qalıqlarını aşkar edib və götürüb.
Əlavə edilib ki, bu gün Xızı rayonuna raket atılması ilə bağlı saat 13:00 radələrində agentliyə məlumat daxil olub. Həmin əraziyə baş çəkilib və daha bir raketinin qalıqları aşkar edilib. Hazırda raket ərazidədir və Agentliyin əməkdaşları qalıqları götürür.
Oxşar xəbərlər
ANAMA: "Xızıda S 300 raketinin qalıqları aşkar edilib"
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları sentyabrın 27-dən bu günə qədər 11 ədəd “Elbrus” tipli raketin qalıqlarını aşkar ed...