Cavanşir Quliyev: "Azərbaycan səhnəsində Aygünə bənzər ikinci bir müğənni görmürəm"
"Bu gün Aygün Kazımovanın doğum günüdür. Hesab edirəm ki, o Azərbaycan musiqisinin ən önəmli fiquralarından biridir".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın doğum günündə iştirak edən Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.
Bəstəkar Kazımovaya ad günündə uzun sənət yolu olmasını arzu edib:
"1980-cillərindən sonundan etibarən Aygün Kazımova Azərbaycan əyləncəli musiqsinin modasını təyin edir. Orada onun həm səhnə həyatında, həm də yaradıcılığında gördüyü işlər var.
Mən ona çoxlu can sağlığı arzu edirəm, ona uğurlar diləyirəm, yaradıcılıq ömrünün kifayət qədər uzun olmasını istəyirəm. Çünki Azərbaycan səhnəsində ona bənzər ikinci bir müğənni görmürəm."
Qeyd edək ki, bu gün Xalq artisti Aygün Kazımovanın doğum günüdür. O paytaxtın dəbdəbəli məkanlarından birinə 55 yaşını qeyd edir.
Oxşar xəbərlər
Bu gün ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasından 163 il ötür
Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri Firidun bəy Köçərlinin doğum günüdür. Onun anadan olmasından 163 il ötür. Ö...