Venesuelada qızıl mədəni çökdü: 100-dən çox adam torpaq altında qaldı - VİDEO
Venesuelada qızıl mədəni çöküb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-qanuni fəaliyyət göstərən mədənin çökməsi nəticəsində 30 nəfər ölüb. Ölkənin Bolivar vilayətinin Angostura kəndindəki mədəndə 100-dən çox adam torpaq altında qalıb.
Vilayətin axtarış xilasetmə və mühafizə xidmətinin rəhbəri Edgar Colina Reyes bildirib ki, hazırda yaşanmış hadisə ilə bağlı araşdırmalar aparılır. Helikopterlə bölgəyə xeyli sayda xilasedicilər cəlb edilib.
Venesuela mətbuatında yayılan xəbərlərə görə, hadisə torpaq sürüşməsi nəticəsində baş verib.
Braziliya ilə Venesuelanın sərhədində yerləşən Bolivar vilayətindəki mədəndə qızıl, almaz, dəmir, kobalt və digər faydalı qiymətli qazıntılar var.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...