SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub. 

BAKU.WS-in məlumatına görə, “Hind kinosu” adlanan yarışma 13 iştirakçının mübarizəsi ilə davam edir. İştirakçılar bu dəfə müğənni Ramin Nabran və aparıcı Xose Bernardonun şəklini daha çox SMS səsverməsi üçün atıblar.

Hər iki iştirakçının şəkillərini atanların sayı eyni olduğundan gün ərzində iştirakçıların sıra nömrəsinə gələn səsələrə əsasən daha az səs faizi olan şəxs SMS səsverməsinə çıxarılıb. Beləliklə Xose Bernardonun səs faizi daha az olduğundan bu gün o, hədəf olub. 

Bernardo hələlik hədəfinin kim olduğunu açıqlamayıb. Amma Ramin Nabran da daxil olmaqla iştirakçıların hamısı Xose Bernardoya dəstək olduqlarını bəyan ediblər. Maraqlıdır, bəs Xose kimi oyundan kənarlaşdıracaq, yoxsa o da Mina Hüseyn kimi özü şounu tərk edəcək? Bu sualın cavabı irəliləyən dəqiqələrdə bəlli olacaq.

Rekord sayda - 89,49 faiz səs toplayan Xose Bernardo göz yaşlarını saxlaya bilmədi. Onun hədəfi isə hər kəsi təəccübləndirdi. Allahverdi Yolçuyev. O bildirdi ki, bunu heç kəs bilməsə də, Allahverdi müəllim özü ondan xahiş edib. Beləliklə Allahverdi Yoçuyev üçün maşın əldən getdi.

Xatırladaq ki, yarışmada Nazilə Səfərli (şairə), Ramin Nabran (müğənni), Xose Bernardo (aparıcı), Ranar Musayev (aparıcı), Xəyalə Quliyeva (aktrisa), Sərxan Kərəmoğlu (müğənni), Aydan Axundzadə (aparıcı), Samir Cavadzadə (müğənni), Dilarə Kazımava (müğənni), Səmra Rəhimli (müğənni), Taleh Yüzbəyov (vayner), Mənsur Şərif (vayner) mübarizə aparır.

BAKU.WS