SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycanlı iş adamı Rauf Məmmədov Türkiyədə 5 ulduzlu otel açıb. 
 
BAKU.WS-in məlumatına görə, Kəmərdə 36 min kvadrat metr ərazidə inşa edilən "Tac-ün Nisa Resort" istifadəyə verilib. Azərbaycanlı iş adamı Rauf Məmmədov Türkiyədə turizm bazarına "Tac-ün Nisa" ilə daxil olduğunu qeyd edib. Biznesmen yaxın gələcəkdə yeni otellərin də istifadəyə veriləcəyini bildirib. 

Türkiyədə son illər mühafizəkar təbəqə üçün tətil imkanları xeyli artıb. Ailələli insanlara və İslam ölkələrindən gələn turistlərə xidmət göstərməyə başlayan 5 ulduzlu otel Kəmərin ən böyük ailəvi oteli olub. "Tac-ün Nisa Resort"da 7 min kvadrat metr ərazidə qadınların rahatlıqla istirahət edə bilməsi və dənizə girə bilməsi üçün ayrılıb.
 
İş adamı Rauf Məmmədov Türkiyədə turizm sektoruna investisiya qoyduğu üçün çox xoşbəxt olduğunu bildirib. "Daha əvvəl də bir neçə otellə danışıqlarımız olmuşdu, amma qismət bu günə imiş. Türkiyədə böhran var sözlərinə inanmıram. Qonşu ölkələrə baxdıqda Türkiyə gül bağçası kimidir. Bunu bizim kimi iş adamlarının kənardan görməsi daha asandır". 

Şahin Həbibov
BAKU.WS