VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhər yeməyinə nə bişirim deyə fikirləşirsinizsə tost çörəyindən dadlı və xırtıldayan dürüm  bişirə bilərsiniz.

BAKU.WS sizinlə asan hazırlanan və iştahaçan tost çörəyindən hazırlanan bu qeyri–adi və maraqlı dürümün reseptini bölüşür:

çörək-6 dilim(ağ və ya qara dilimlənmiş çörək istifadə edə bilərsiniz)
pendir- 6 dilim 
2 yumurta 
1 stəkan yulaf yarması 
duz 
bitki yağı(qızartmaq üçün)

Tost çörəyinin kənar qisimləri kəsilir və yalnız ağ iç qisimi buraxılır.Oxlov ilə yüngül açılır .Pendir dilimlərini çörək dilimlərinin üzərinə yerləşdirin.Yumurta kasaya çırpılır,bir ayrı kasaya yulaf yarması tökülür.Pendirlə çörək dilimini rulet formasında büküb əvvəl yumurtaya sonra yulaf yarmasına bulayın.Yağda qızardıb isti xidmət edilir.

Nuş olsun!

Aysel Selcan
BAKU.WS