Rol aldıqları "Bunker" 16 dəqiqə 30 saniyə alqışlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Fransalı rejissor Florian Zellerin yeni psixoloji trilleri "Bunker" Venesiya Film Festivalında böyük səs-küyə səbəb olub.
BAKU.WS "NTV"yə istinadən xəbər verir ki, Penelope Kruz və Xavyer Bardemin baş rollarını paylaşdığı ekran işi dünya premyerasında tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Nümayişdən sonra kinosevərlər filmi 16 dəqiqə 30 saniyə boyunca ayaqüstə alqışlayıblar.
Bu göstərici ilə "Bunker" daha əvvəl 14 dəqiqə alqışlanan "Wild Horse Nine" filmini geridə qoyaraq bu ilki festivalın liderinə çevrilib.
Ekran işində varlı texnologiya milyarderi üçün sığınacaq tikmək təklifi alan londonlu memar Migel və onun 17 illik həyat yoldaşı Sofiyanın qorxu həyatından bəhs edilir.
Rejissor tamaşaçını qəsdən qeyri-müəyyənlik içində saxlayaraq sevgini, sədaqəti və bağışlanmanı sorğulamağı hədəfləyib.
Filmdə ulduz cütlüklə yanaşı Stiven Qrem, Pol Dano və Patrik Şvartsenegger kimi məşhur aktyorlar da yer alıb.
"Deadline" nəşrinin məlumatına görə, Zeller bu layihəni xüsusi olaraq Kruz və Bardem cütlüyü üçün qələmə alıb.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...