BAKU.WS şənbə gününün - 18 avqust tarixinin qoroskopunu təqdim edir:


Qoç - Gərgin və qarışıq gündür. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın. Hadisələrin ən uğursuz məcrasına hazır olun. Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin.

Buğa - Emosional gündür. Ulduzlar təmkinli olmağı məsləhət görür. Vəziyyət qəflətən istəmədiyiniz yöndə dəyişsə, səbrli olun. Xoşagəlməz hadisələrlə üzləşsəniz emosiyalarla reaksiya verməyin. Gərgin günün sonunda neqativi çıxarmaq üçün axşam saatlarında gəzintiyə çıxın. Ən yaxşısı, özünüzü sərbəst hiss etdiyiniz dostlarınızın biri ilə əyləncə planlaşdırın.

Əkizlər – Sürprizlərlə dolu gündür. Yeni xəbərlər və gözlənilməz məlumatlar alacaqsız. Verdiyiniz qərarlar hadisələrin gedişatına təsir edəcək. Ulduzlar deyir ki, hadisələrə təsir imkanı olan nüfuzlu bir insan günün ikinci yarısında sizə yardım edəcək. Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın.

Xərçəng - Axına qarşı üzməyin. Yaxınlarınıza qarşı ifrat dərəcədə tələbkar olmayın. Yardıma ehtiyacı olan doğmalarınıza kömək edin. Axşam saatlarında təkliyə çəkilib istirshət edin. Bu yaxınlarda harasa yollanmaq fikriniz varsa, işlərinizi təxirə salın. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil.

Şir - Gün aktivlik tələb edir. Lakin tələsik qərarlar verməkdən çəkinin. Tələsmədən, aramla çalışın. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Gərginlikdən uzaq olmanızı istəyirsizsə, baş verənləri qloballaşdırmayın. Unutmayın, bütün problemlər keçib gedəcək. Həyatınızda ən dəyərli varlıq özünüzsüz.

Qız - Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin.

Tərəzi - İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Heç kimdən etiraf və səmimiyyət gözləməyin. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. Qənaətcil olun.

Əqrəb - İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır.

Oxatan - Müstəqil şəkildə çalışmaq üçün əlverişli zamandır. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma sizi qane etməzsə, müqavilə imzalamayın. Özünüzü çox yormayın, normal tonusda olun.

Oğlaq – Diqqətli olun. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olun. Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin. İnsanların gur olduqları toplantılardan uzaq gəzin. Enerjiniz tükənir, dincəlin. 

Dolça – Ətrafınızda baş verənlərə laqeyd olmayın. İşgüzar əməkdaşlılar öz bəhrəsini verəcək. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz. Əgər vəziyyət ürəyinizcə deyilsə, suallara cavab arayın. Şans sizinlədir, irəliləmək üçün bütün imkanları dəyərləndirin.

Balıqlar - Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Yaxşı tanımadığınız insanın məkrli planının qurbanına çevrilməyin.

BAKU.WS