Günün ulduz falı - 08.07.2018
08
iyl
2018
10:18
BAKU.WS homo.mail.ru-ya istinadən bu günün - 8 iyul tarixinin proqnozunu təqdim edir:QOÇ - Gün gərginlik vəd edir. Səbrli olun, sizi maraqlandıran prosesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Günün ikinci yarısında anlaşılmazlığı yoluna qoymağa çalışın. Alınacaq. BUĞA - Yaxşı gündür. Şəxsi problemlər qaydasına düşəcək. Lakin xəyalpərəstlikdən uzaq olun, realist olmaq lazımdır. Yaxınlarınızla dil tapın. Səhvləriniz sizi onlardan uzaqlaşdıra bilər. ƏKİZLƏR - Günü boş söz-söhbətlərlə məşğul etməyin, işinizə ciddi yanaşın. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətləri də önə çıxarın. XƏRÇƏNG – Enerjili, bir az da narahat gündür. Lakin daxili dünyanız təzadlarla doludur. Ürəyinizin səsinə qulaq asın. Yalnız bu yolla rahatlıq tapa biləcəksiz. ŞİR – Uğurlu gündür, əl atdığınız hər işdə bəxtiniz gətirəcək. Lakin sağlamlığınıza diqqət yetirin. Xırda xoşagəlməzliklər kefinizi poza bilər. Münasibətlərdə təmkinli olun. QIZ – Kritik gündür. Qeyri-stabil əhval-ruhiyyə nümayiş etdirəcəksiz. Zəif əsəb sisteminiz hər xırda məsələyə qıcıq olmanıza səbəb olacaq. Bu səbəbdən də səs-küylü ortamlardan uzaq olun.TƏRƏZİ – Yaxşı gündür. İşgüzar, eləcə də şəxsi məsələlərdə bəxtiniz gətirəcək. Bu gün əliaçıq olun. Çoxdan istədiyiniz əşyanı ala bilərsiz. Bütün işlərinizi gələn həftəyə təxirə salın və günü ailənizə həsr edin.XƏRÇƏNG – Kritik gündür. Özünüzü diskomfort hiss edəcəksiz. Sizi böyük və xoş olmayan dəyişikliklər gözləyir. Fiziki və zehni işdən uşaq olun. Ulduzlar təkliyə çəkilib dincəlməniz məsləhət görür. OXATAN – Yeni əlaqələr və işgüzar danışıqlar üçün əlverişli gündür. Optimistliyiniz və cazibədarlığınız bir çox işgüzar tanışlıqlarda öz sözünü deyəcək. Bu tanışlıqlar gələcəkdə sizə xeyir gətirəcək.OĞLAQ – Bu gün iddialı və tələbkar olacaqsız. Ulduzlar öz maraqlarınızın müdafiəsində durmağı məsləhət görür. Kompromisə getməyin və heç kimin təsiri altına düşməyin. DOLÇA – İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.BALIQLAR - Günün ilk hissəsi Balıqlar üçün rahat, sakit proqnozlaşdırılır. Lakin günün ikinci yarısı daha maraqlı olacaq. Axşam vəziyyət gözlənilməz istiqamətdə dəyişə bilər.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 11 iyun
BAKU.WS sabahın - 27 aprelin ulduz falını təqdim edir:QOÇ – Təhlükəli, kritik gündür. Əhval-ruhiyyəniz kəskin şəkildə düşə bilər, baş ağrılarınız gözlənilir. Kə...